Xəbər lenti

Proses bitməmiş Məhkəmə Trampı həbsxanaya göndərə bilər - Səbəb nədir?
Dünya 15:16 07.05.2024

Proses bitməmiş Məhkəmə Trampı həbsxanaya göndərə bilər - Səbəb nədir?

Donald Trampın aktrisa Stormi Danielsə pul ödəməsi ilə bağlı işində hakim onu məhkəmə istintaqı gizliliyini pozduğuna görə məhkəməyə hörmətsizlikdə təqsirli bilib. Hakim həmçinin keşmiş prezidentə xəbərdarlıq edib ki, növbəti pozuntular həbslə nəticələnə bilər.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir

Hakim Xuan Merçanın dediyinə görə, hər biri 1000 dollar olan doqquz cərimə Trampı andlı iclasçılar və şahidlər haqqında açıq danışmağa qadağa qoyan əmri pozmaqdan çəkindirmir. Qanun pozuntusu 1000 dollara qədər cərimə və ya 30 günə qədər həbslə cəzalandırılır.

"Mən həbs cəzası vermək istəmirəm və bundan qaçmaq üçün əlimdən gələni etmişəm. Amma lazım gələrsə, bunu edəcəyəm", - Merçan məhkəmənin başlanğıcında deyib.

Həbs cəzası 2016-cı il seçkilərindən əvvəl susmaq müqabilində aktrisa Stormi Danielsə ödənilən pullarla bağlı tarixi məhkəmə prosesində görünməmiş bir addım olardı.

Hakim bildirib ki, o, həbs cəzasını "həqiqətən də son çarə" hesab edir, çünki bu, məhkəmə prosesini poza, həddindən artıq təhlükəsizlik problemləri yarada və 2024-cü il prezident seçkilərini çətinləşdirə bilər.

Lakin o, həmçinin vurğulayıb ki, Trampın gizlilik əmrini "davamlı və qəsdən" pozması "qanunun aliliyinə birbaşa hücum" təşkil edir.

Keçən həftə Merçan sosial mediada məhkəmə istintaqı gizliliyini pozduğuna görə Trampı 9000 dollar cərimələyib.
 
Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->