Xəbər lenti

Putin Paşinyana son şans verəcəkmi? (ŞƏRH)
Dünya 18:34 07.05.2024

Putin Paşinyana son şans verəcəkmi? (ŞƏRH)

"Putin Paşinyanla görüşdə iki ölkə arasında yaşanan bir sıra problemlərin həlli istiqamətində qəti mövqe sərgiləyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə Vladimir Putinin iki ölkə arasında yığılmış problemlərə birdəfəlik nöqtə qoyacağı fikrinə münasibət bildirərkən deyib.

Zərdüşt Əlizadə bildirib ki, Putinin xarici məsələlər üzrə köməkçisi Uşakov təcrübəli diplomatdır:



"O dediyi sözləri hədər yerə işlətmir. Uşakov Ermənistanla Rusiya arasında bir sıra yığılıb qalan problemlərin həllinə birdəfəlik əncam qılınacağını deyirsə, deməli Paşinyanla görüşdə Putin qəti mövqe tutaraq, mövqeyini erməni baş nazirinə qəti şəkildə ərz edəcək. Ermənistanın baş nazirinin isə Putinin mövqeyini Moskvada qəbul edib-etməyəcəyini söyləmək çətindir. Paşinyan indiyə kimi çalışıb ki, Ermənistanın Rusiyadan asıllığı azalsın. Mayın 8-də isə bu mənada Paşinyan bir növ seçim etməkdə çətin duruma düşəcək. Qəbul erməsə İrəvana qayıtdıqdan sonra Rusiyanın Ermənistana qarşı mövqeyinin nə dərəcədə dəyişəcəyini gözləyəcək və bu fonda Qərbdəki tərəfdaşları ilə məsləhətləşəcək".

Zərdüşt Əlizadə hesab edir ki, hər şey Moskvanın Ermənistana təsir və təzyiq vasitələrinin kəsərindən asılıdır. 

Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putinin köməkçisi Yuri Uşakov "İnterfaks" agentliyinə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanla mayın 8-də olacaq görüşdə Putinin iki ölkə arasında bir sıra yığılmış problemlərin üzərinə birdəfəlik nöqtə qoyacağını deyib. Uşakovun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqının iclasından sonra Putinlə Paşinyan arasında ikitərəfli görüş keçiriləcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->