Dünya 23:35 27.03.2023

Putin Ukraynanı məğlub etmək məqsədindən əl çəkməyib, lakin danışıqlara gedə bilər - ISW

"Nə Ukrayna, nə də Qərb Putini hər hansı güzəştə getməyə inandıra bilmədi. Əksinə, Putin öz iradəsini Ukraynaya zorla və ya Qərbin Kiyevə dəstəyi dayandırmasından sonra Ukraynanın iradəsini qırmaqla qalib gələcəyi uzun sürən münaqişə vasitəsilə öz ilkin hərbi məqsədlərinə çatacağını düşünür”.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu haqda Müharibə Tədqiqat İnstitutunun analitikləri öz hesabatlarında bildiriblər.

Hesabata görə, Rusiya prezidenti Vladimir Putin Ukraynada hələ də qalib gələ biləcəyini düşünür, lakin vaq-bank getmir. Ukrayna ordusunun uğurlu hücumları onu danışıqlar masasına oturtmağa məcbur edə bilər.

Ekspertlər hesab edir ki, Rusiya ordusunun Baxmut, Avdiivka ətrafında və cəbhə xətti boyunca Luqansk və qərb Donetsk vilayətlərində davam edən hücumu Putinin hələ də qələbə çalmağa çalışdığını göstərir. Eyni zamanda, o, iflas etməkdən qorxur, lakin danışıqlar üçün Rusiyanın qələbəsindən başqa heç bir şərt irəli sürmür.

Bununla bağlı analitiklər belə qənaətə gəliblər ki, Ukraynanın üç variantı var:

fəlakətli məğlubiyyətə səbəb olacaq hərbi əməliyyatları dayandırmaq;

yalnız cari cəbhə xəttini saxlamaq üçün məhdud hərbi əməliyyatlar aparmağa davam etmək, lakin bu, Putini növbəti hücumlara həvəsləndirəcək;

Putini danışıqlar masasına oturmağa inandırmaq üçün əks hücuma keçmək və ya Kiyev və Qərb müttəfiqlərinin müharibəni effektiv şəkildə dondura bilməsi üçün hərbi reallıqlar yaratmaq.

Alpər