Xəbər lenti

İdman 20:27 12.11.2025

"Qalatasaray" 60 milyon avroluq müdafiəçini istəyir

Qış transfer dönəmində müdafiə xəttini gücləndirməsi gözlənilən "Qalatasaray"ın "Sportinq"in Fil Dişi Sahilindən olan müdafiəçisi Osman Diomandeni transfer siyahısına daxil etdiyi iddia olunur.

Qaynarifno xəbər verir ki, yay transfer mövsümündə Viktor Osimhen üçün 75 milyon, Vilfrid Sinqo üçün isə 30,7 milyon avro ödəyərək Türkiyə futbol tarixinin ən bahalı iki transferinə imza atan "Qalatasaray" bu dəfə də xərclərdən çəkinməyəcək.

"Africa Foot"un məlumatına görə, bir çox Avropa nəhəngi tərəfindən izlənilən Osman Diomande "Qalatasaray"ın gündəminə düşüb. "Sportinq" 22 yaşlı müdafiəçini 2022/23 mövsümünün qışında 15 milyon avroya heyətinə qatıb və müqaviləsinə 80 milyon avroluq sərbəst qalma maddəsi əlavə edib. Klubun Diomandenin transferi üçün 60 milyon avro tələb etdiyi bildirilir.

Osman Diomande "Qalatasaray"ın mövsüm əvvəlində transfer etdiyi Vilfrid Sinqo ilə birlikdə Fil Dişi Sahili milli komandasının üzvüdür. Bu günə qədər milli formada 9 oyun keçirən Diomande, 1 qolun müəllifi olub. "Sportinq"də 2,5 il ərzində 109 rəsmi matçda meydana çıxan gənc futbolçu 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->