Xəbər lenti

Ekonomiks 18:20 13.02.2026

"Qanunsuz ayrılmış 3 min hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılıb"

Normativ hüquqi aktların tələblərinə zidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib. 

Qaynarinfo xəbər verir ki bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Məclisin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci  il üzrə illik məruzəsi ilə bağlı çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 akt dəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrə məhkəmələrdə iddia qaldırılıb:

"Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlı aktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, o cümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib"- deyə Toğrul Hüseynov qeyd edib.

Qafqaz Rafiqoğlu

--> -->