Xəbər lenti

İdman 13:05 25.07.2022

"Qarabağ"ın matçı Niderlanddan olan hakimlərə tapşırıldı

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Sürix” (İsveçrə) – "Qarabağ” oyununun təyinatları müəyyənləşib.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Allard Lindhouta aut xəttinin kənarında Charles Sçaap, Roy De Nas yardım edəcək. Dördüncü hakim funksiyasını Jeroen Manschot yerinə yetirəcək.
 
Görüş iyulun 27-də Sürix şəhərində yerləşən Letzigrund stadionunda saat 21:00-da baş tutacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->