Xəbər lenti

"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqladı
İdman22:28 15.01.2025

"Qarabağ" Juninyonun “Flamenqo”ya transfer olunduğunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Flamenqo”ya transfer olunub.

Qaynarinfo Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.