Xəbər lenti

İdman 11:16 27.06.2022

Qaret Beyl yeni ünvanını açıqladı

2013-cü ildən İspaniya La Liqa nəhəngi "Real"ın formasını geyinən Qaret Beylin 9 illik macərasına son qoyulub.

Qaynarinfo xəbər verir ki, fubolçunun yen ünvanı MLS olacaq. O, bu haqda şəxsi tvitter səhifəsində yazıb. "Tezliklə Los Ancelesdə görüşənədək" ifadələrini yazmaqla yeni ünvanını bəlli edən vinger transferini klubdan əvvəl açıqlayıb. MLS təmsilçisi isə uelsli futbolçunun ifadələrini yenidən paylaşım ("retweet") etməklə bu keçidi rəsmi şəkildə təsdiqləmiş olub.

MLS komandası bu yaxınlarda Juventus ilə müqaviləsi başa çatan Corcio Kyellinini də heyətinə qatıb.

2013-cü ildə "Tottenhem"dən "Real"a 83 milyon funt-sterlinqə transfer edilməklə rekord qıran Beyl İspaniya komandası ilə 5 dəfə Çempionlar Liqasının qalibi olub. Son illərdə tənqid olunan solaxay vinger tez-tez zədələnməsi və futboldan çox qolf oynaması ilə gündəmə gəlib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->