Xəbər lenti

Qaribaşvili: Azərbaycan və Ermənistandakı vəziyyət bizim üçün narahatlıq doğurur
Ölkə 23:33 10.11.2023

Qaribaşvili: Azərbaycan və Ermənistandakı vəziyyət bizim üçün narahatlıq doğurur

Azərbaycan və Ermənistandakı vəziyyət Gürcüstan üçün narahatlıq doğurur.

APA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun ermənistanlı həmkarı Nikol Paşinyanla birgə iştirak etdiyi panel müzakirəsində deyib.

"Bizim regionumuzdakı, qonşu ölkələr olan Azərbaycan və Ermənistandakı vəziyyət əlbəttə ki, Gürcüstan üçün narahatlıq doğurur. Əvvəllər də dəfələrlə dediyim kimi, Gürcüstan çox obyektiv, qərəzsiz vasitəçidir, sadəcə bir dostdur. Bizim Ermənistanla əla münasibətlərimiz var, bizim Azərbaycanla da əla münasibətlərimiz var. Mənim özümün hər iki liderlə çox etibarlı münasibətim var. Ona görə də Gürcüstanın marağı regionumuzda uzunmüddətli davamlı sülh və sabitliyi təmin etməkdir”, - Qaribaşvili vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->