Ölkə 13:10 19.02.2024

Qəpik oğurladı, 1 aylıq həbs olundu

Şabran rayonunun Ağbaş kəndi ərazisində qonşusunun qəpiklərini oğurlayan şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1998-ci il təvəllüdlü Adil Səmədov (ad-soyad şərti) qonşusunun fərdi yaşayış evinə qonaq gedib. 

Adil getdiyi evdə qonşsunun övladına məxsus 32 manat dəyərində dəmir qəpikləri oğurlayıb. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib. 

Əhməd