Siyasət 16:58 31.05.2022

Qərbin Çinə mesajı nə vəd edir? - Politoloq

Hazırda siyasi dairələrdə ən çox müzakirə olunan mövzulardan biri Moskva - Pekin münasibətləridir. Son illər Çin Rusiyanın siyasi və iqtisadi tərəfdaşına çevrilib və bu istiqamətdə münasibətlər getdikcə inkişaf edir. Lakin bir çox ekspertlər iki ölkəni "hərbi müttəfiq" adlandırmağın doğru olmadığını da söyləyirlər.
 
Bunun səbəbi nədir?
 
Politoloq Fərhad Məmmədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, istər Çin, istərsə də Rusiya ABŞ-ım diplomatiyasında adı xüsusi ilə qabardılan dövlətlərdir:
 
”Rusiyanın Ukraynada təcavüzü qısa müddətli olsaydı, düşünürəm ki, Çinlə Rusiyanın müttəfiqliyi daha sıx olardı və onlar birgə fəaliyyətdə dərin əməkdaşlıq həyata keçirə bilərdilər”. Politoloq hesab edir ki, Rusiyanın Ukraynada sərgilədiyi hərbi əməliyyatlar, Qərbin Rusiyaya qarşı sanksiyaları həm də Çinə bir mesajdır:"Nəzərə almaq lazımdır ki, dünyada ən böyük ticarət Çinlə ABŞ üzərindədir. Belə olan halda hər hansısa bir problem yaranarsa, ABŞ və Çin iqtisadiyyatları daha çox zərər görə bilər. Bütün bunları nəzərə alaraq, Çin öz növbəsində Rusiyanı tək qoymaq istəmir, amma Qərbin formalaşdırdığı iqtisadi mühitin şərtlərini də qəbul etməli olur. Ona görə  Rusiyanın ticarətində müəyyən qədər axsamalar var”.

Politoloqun fikirincə, Rusiyanın indiki vəziyyətini nəzərə alaraq Çin hesab edir ki, təbii ehtiyyatları Moskvadan ucuz qiymətə alacaq:"Belə olan şəraitdə müttəfiqlikdən, ittifaqdan söhbət getmir, hazırkı vəziyyətdən Çin öz  maraqları üçün istifadı edə bilir”.

Bahar Rüstəmli