Xəbər lenti

Qlobal iqlim fəlakəti qaçılmazdır - Bəşəriyyəti gözləyən bəla
Dünya 23:53 09.05.2024

Qlobal iqlim fəlakəti qaçılmazdır - Bəşəriyyəti gözləyən bəla

Cari əsrin sonunadək qlobal orta temperatur kritik göstəriciləri əhəmiyyətli dərəcədə üstələyəcək ki, bu da bəşəriyyət və ümumilikdə planet üçün fəlakətli nəticələrə səbəb olacaq. 

Qaynarinfo xəbər verir ki, bunu Britaniyanın "The Guardian" nəşri dünyanın yüz aparıcı klimatoloqunun sorğusuna əsasən yazıb.

Nüfuzlu İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Paneldən (IPCC) respondentlərin demək olar ki, 80%-i əsrin sonuna qədər qlobal temperaturun sənayedən əvvəlki səviyyələri ən azı 2,5C ötəcəyini, yarısının isə 3C artım gözlədiyini proqnozlaşdırır. Və yalnız 6% temperaturun cəmi 1,5C yüksələcəyinə inanır - bu, beynəlxalq ekspert birliyinin artıq kritik hesab etdiyi göstəricidir.

Sorğuda iştirak edən alimlərin bir çoxu isti dalğalar, meşə yanğınları, daşqınlar və fırtınaların intensivliyi və tezliyi ilə artıq yaşananlardan qat-qat böyük qıtlıq, münaqişə və kütləvi miqrasiya ilə "yarı distopik" gələcəyi nəzərdə tutur.

Bir çox ekspertlər açıq-aşkar elmi dəlillərin təqdim edilməsinə baxmayaraq, hökumətlərin hərəkətsizliyi səbəbindən ümidsiz, qəzəbli və qorxu hiss etdiklərini deyiblər.

"Düşünürəm ki, qarşıdakı beş il ərzində bizi böyük bir sosial çöküş gözləyir. Bir ekstremal hadisədən sonra başqa bir ekstremal hadisə baş verəcək, qida zənciri pozulacaq. Gələcəklə bağlı daha ümidli ola bilmirəm", deyə Tasmaniya Universitetindən Qretta Pekle bildirib.

Ekseter Universitetindən (Böyük Britaniya) Piter Koks qeyd edir ki, iqlim dəyişikliyi kritik nöqtəni (sənayedən əvvəlki səviyyədən 1,5C yuxarı) birdən-birə keçməyəcək. Onun sözlərinə görə, bu dəyişikliklər artıq tədricən baş verir və proses dayanmayacaq, həddi keçəndən sonra da artacaq.

Temperaturun 3C yüksələcəyini gözləyən Monako Elm Mərkəzindən Natali Hilmi əmindir ki, artımı 1,5C-dən aşağı saxlamaq sadəcə mümkün deyil.

Mütəxəssislər bildiriblər ki, hazırda insanları yaxınlaşan iqlim fəlakətindən qorumaq üçün genişmiqyaslı hazırlıqlar çox vacibdir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->