Xəbər lenti

Qobustanda uçqun baş verib, ölən var (VİDEO)
Video 23:55 24.04.2026

Qobustanda uçqun baş verib, ölən var (VİDEO)

Qobustan qəsəbəsində torpaq uçqunu baş verdi, nəticədə 56 yaşlı işçi həyatını itirib.

Ölən şəxsin yaxınları "Xəzər Xəbər”ə danışıblar.

Bildirilib ki, hadisə kanalizasiya xəttində yaranan problemi aradan qaldırarkən baş verib.

Ailə üzvlərinin sözlərinə görə, ərazidə uçqun zamanı 3 nəfər olub, biri dərhal özünü xilas etməyi bacarsa da, digərlərinin tprpağın altından çıxarmaq işləri saatlar sürüb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər”ə bildirildi ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 
 

 

 


--> -->