"Atletiko"nun futbolçusu Antuan Qrizmann klub tarixinə düşüb.
	
Qaynarinfo-nun məlumatına görə, o, İspaniya Superkubokunda baş tutan "Real"la matçda komandasının ikinci qolunu vuraraq Madrid təmsilçisinin ən çox fərqlənən oyunçusu olub. Qollarının sayını 174-ə çatdıran Qrizman bu göstəricidə "Atletiko"nun əfsanəsi Luis Araqonesi geridə qoyub. 
	
 
Bu mövsüm "Atletiko"nun heyətində 27 matçda forma geyinən fransalı hücumçu 17 qola, dörd məhsuldar ötürməyə imza atıb.
	
Matç "Real"ın 5:3 hesablı üstünlüyü ilə başa çatıb.
	
Səbuhi Həsənov
             
            
Şərhlər