Xəbər lenti

Rubio: Azərbaycanı və Ermənistanı yeni sülh dövrü münasibətilə təbrik edirik
Siyasət 01:33 09.08.2025

Rubio: Azərbaycanı və Ermənistanı yeni sülh dövrü münasibətilə təbrik edirik

ABŞ Azərbaycan və Ermənistan arasında bugünkü tarixi sülh sazişini qeyd edir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio deyib. Bəyanatı Dövlət Departamenti yayıb.

"Prezident Tramp tərəfləri bir araya gətirdi və onilliklərdir davam edən qarşıdurmaya son qoyan razılaşmaya vasitəçilik etdi. Bu, hər iki ölkə üçün irəliləyiş və diqqəti Cənubi Qafqaz regionunun iqtisadi potensialının açılmasına yönəltmək üçün bir fürsətdir. Bu da Amerika xalqı, həm də Azərbaycan və Ermənistan üçün ticarət sövdələşmələri və rifah gətirəcək. Biz hər iki ölkəni yeni sülh dövrü münasibətilə təbrik edirik”, - deyə Rubio bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->