Ölkə 14:09 25.08.2021

Şabranda “Shacman”la mikroavtobus toqquşdu - Çox sayda yaralı var

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un məlumata görə, hadisə rayonun Dəvəçi kəndi ərazisində qeydə alınıb. "Shacman” markalı yük avtomobili ilə "Hyundai” markalı mikroavtobusu  toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə həkim və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.