Ekonomiks 12:32 09.06.2023

Sahibkarlara xoş xəbər: Yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər qəbul edildi

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişikliklər olub.

Qaynarinfo xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamalar zamanı risklərin idarə olunması sistemi formalaşdırılır, bu sahədə yoxlamaların vahid məlumat reyestrinin aparılması təkmilləşdirilir, artırılır, sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyərinin ödənilməsi nəzərdə tutulur.

Bundan başqa, dəyişikliklərdən sonra yoxlama zamanı sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmayacaq, eyni zamanda yoxlama zamanı sahibkarın hüquq və vəzifələri də müəyyənləşir.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
 
Qafqaz Rafiqoğlu