Ekonomiks 18:01 10.01.2024

Sahibkarlarla ilin ilk görüşü Şəki şəhərində baş tutdu (FOTO)

Şəki şəhərində keçirilən "Açıq mikrofon" aksiyasına əsasən Bolludərə kəndinin kiçik sahibkarları təşrif buyurub. 

Ənənəyə uyğun olaraq "Səyyar qəbul otağı"nı giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi məsləhət və tövsiyələrini sahibkarların diqqətinə çatdırıb. 

Daha sonra mikrofon önünə sahibkarlar çıxıblar. Səslənən 8 müraciətdən 6-sı eyniyönümlü olub ki, bu da Bolludərə kəndinin kiçik sahibkarlarının mavi yanacaqla təmin olunma istəyini əhatə edib. Görüşdə ünvanlanan bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.