Xəbər lenti

Ölkə 13:46 26.01.2024

Sərxanla birgə 23 yaşlı qardaşı da qazdan boğulubmuş - 3 ay öncə evlənibmiş (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.
 
****
Modern.az xəbər verir ki, Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->