Xəbər lenti

Slovakiya Ukraynaya Krım və Donbasdan imtina etməyi təklif etdi
Dünya 14:57 22.01.2024

Slovakiya Ukraynaya Krım və Donbasdan imtina etməyi təklif etdi

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Ukrayna müharibəni dayandırmaq üçün ərazisinin bir hissəsini Rusiyaya "verməlidir”.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

"Hansısa kompromis olmalıdır... Gözləyirlər ki, ruslar Krımı, Donbassı və Luqanskı tərk edəcəklər? Bu qeyri-realdır”, deyə o bildirib.

Fiko həmçinin Rusiyanın təbliğat narrativlərini təkrarlayıb və Ukraynanın müstəqil və suveren ölkə olmadığını, ABŞ-ın tam təsiri və nəzarəti altında olduğunu bildirib.

Rusiyayönlü baş nazir dekabrda onun solçu populist Smer Partiyası sentyabr seçkilərində qalib gəldikdən sonra hakimiyyətə qayıdıb. O, Ukraynaya silah tədarükünü dayandıracağını, onun NATO-ya potensial girişini əngəlləyəcəyini və Rusiyaya qarşı sanksiyalara qarşı çıxacağını vəd edib.

Yanvarın 24-də Ujqorodda Fikonun Ukraynanın baş naziri Denis Şmıqalla görüşü planlaşdırılır. Görüşdə Slovakiya hökumətinin başçısı Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduğunu bir daha təsdiqləmək niyyətindədir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->