Xəbər lenti

Ölkə 16:37 10.06.2026

"Son zəng" üçün iki saat: Ekspert nə təklif edir?

"İndiki "Son zəng"lər üçün nəinki iki saat, hətta bir saatda belə çoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Onun sözlərinə görə, "Son zəng"lə bağlı fərqli ssenari və yaradıcı yanaşma yoxdur: "Təşkilatı məsələlər bir-birini təkraralayır. Amma tədbir bəzi məqamlarda öz xüsusiyyətləri ilə fərqlənir. Müsbət nümunələr də var. İldən-ilə bu cür nümunələrin sayı artır".

Elmin Nuri "Son zəng"lərə folklor nümunələrinin də əlavə edildiyini vurğulayıb:

"Biz bunu hər məktəbdən gözləyə bilmərik. Şəxsən qonaq olduğum "Son zəng" tədbirlərində bəzi mativləri görmüşəm. Təəssüflər olsun ki, belə müsbət nümunələrin sayı çox deyil".
 


Ekspert tədbirdə səsləndirilən kriminal musiqilərə də aydınlıq gətirib:

"Məsələ ssenarisiz, yaradıcısız, başqa qəbildən olan bayağı musiqilərin səsləndirilməsidir. 10-15 il əvvəl bu belə idi. Təəssüflər olsun ki, 2 ildən əvvəl də belə idi. Məsələn, bizim "Son zəng"imizdə bir bayağı mahnı üzərində məzunlar arasında az qala dava düşəcəkdi. Qadın müəllimləri aranı sakitləşdirdilər. Ümumi sistem olmalıdır. Bu ssenari toylarla tutmuş "Son zəng"ə kimi əhatə etməlidir. "Son zəng" musiqiləri əvvəlcədən rəhbərlik tərəfindən müəyyənləşdirilməlidir. Bunun vacibliyi şagirdlərə başa salınmasa, xaos yaranacaq. Nəticədə istəlinən musiqi səslənəcək".

Xatırladaq ki, iyun ayının 13-də orta məktəblərdə son zəng tədbirləri keçiriləcək. Bununla əlaqədar tədbirin keçirilməsinə iki saat vaxt verilib və eyni zamanda bayağı və kriminal musiqilərin səsləndirilməsi qadağan edilib.

Bahar Rüstəmli
--> -->