Ekonomiks 18:10 27.01.2024

Sosial yardım alanlara şad xəbər - Rəsmi açıqlama

Bu ildən ünvanlı sosial yardım alanların ödənişlərində artım olacaq.

Mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərəcək.

DSMF-nin Maddi -Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov "Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda faydalanalar üçün də imkanlar yaradır.

Ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər."