"Biz bu gün Azərbaycan dilindən danışacağıq. Konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişaf strategiyalarını müzakirə etmək, ziyalıların bu istiqamətdə vəzifələrini müəyyən etməkdir”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı spiker Sahibə Qafarova deyib.
"Dilimiz bizim tarixi yaddaşımız, dövlətçiliyimizin təməli, milli mənəviyyatımızın özəyidir. Dilimizin qorunması ilə bağlı qəbul edilən qanunlar, qərarlar və proqramlar məhz parlamentin iştirakı ilə gerçəkləşdirilir. Azərbaycan dilinin inkişaf məsələsi həmişə dövlət düşüncəmizin mərkəzində dayanır. Xalqın mənəvi sərvətlərinin, dilinin qorunub saxlanması üçün hüquqi əsaslar genişləndirilib", deyə spiker bildirib.
Qafqaz Rafiqoğlu
Şərhlər