Xəbər lenti

SSRİ bayrağı ilə yürüşə cəhd edən İbrahim Əsədli kimdir?
Ölkə 11:03 26.11.2025

SSRİ bayrağı ilə yürüşə cəhd edən İbrahim Əsədli kimdir?

Sosial şəbəkələrdə SSRİ bayrağı qaldıraraq yürüşə cəhd etməklə təqsirləndirilən İbrahim Əsədli barədə bəzi faktlar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, İ.Əsədli həkim-onkoloqdur və bir müddət əvvəl xoşagəlməz hallarla gündəmə gəlib.

Belə ki, İ.Əsədli ötən ilin fevral ayında işlədiyi "Loğmed" klinikasındakı kabinetində sevgilisi ilə birlikdə olarkən həyat yoldaşı onları yaxalamışdı. Həkim-onkoloq həmin vaxt yanında olan Aynur adlı sevgilisi ilə birləşib həyat yoldaşına şiddət göstərmişdi.

Hadisə ilə bağlı İ.Əsədlinin zərərçəkmiş həyat yoldaşı polisə müraciət etmişdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->