Xəbər lenti

Sumqayıtda 8,2 milyonluq layihə: 100-dən çox iş yeri açılacaq
Ekonomiks 16:34 05.08.2026

Sumqayıtda 8,2 milyonluq layihə: 100-dən çox iş yeri açılacaq

Sumqayıt Sənaye Parkında xüsusi növ faneraların istehsalı layihəsi həyata keçiriləcək.

Bu barədə Qaynarinfo-ya İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə "Samvud Group" MMC-yə Parkın rezidenti statusu verilib.

İnvestisiya dəyəri 8,2 milyon manat olan xüsusi növ faneraların istehsalı layihəsi çərçivəsində 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->