Xəbər lenti

Süni obyekt ilk dəfə Yerdən bir işıq günü məsafəsinə çatacaq
Dünya 23:20 25.06.2025

Süni obyekt ilk dəfə Yerdən bir işıq günü məsafəsinə çatacaq

1977-ci ildə buraxılmış "Voyager-1" kosmik aparatı insanlığın tarixində ilk dəfə olaraq 2026-cı ilin sonlarında Yerdən bir işıq günü məsafəsinə çatacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" nəşri məlumat yayıb.

Kosmos nəhəngdir və süni obyektlər orada olduqca yavaş hərəkət edir. Nəşr xatırladır ki, insan tərəfindən əldə edilmiş sürət rekordu hələ də 1969-cu ildə "Apollon-10" tərəfindən qoyulub - 39 937,7 km/saat. Belə sürətlə bir astronomik vahidin (Yer ilə Günəş arasındakı məsafə) qət olunması 3730 saat çəkir.

Tarixi məsafə: 25,9 milyard kilometr

NASA-nın "Eyes on the Solar System" platformasının məlumatlarına əsasən, 2026-cı ilin 15 noyabrında "Voyager-1" Yerdən 25,9 milyard kilometr uzaqlığa çatacaq. Bu isə təxminən bir işıq gününə - yəni işığın bir sutkada qət etdiyi məsafəyə - bərabərdir.

Daha sonra, 2027-ci il yanvarın 28-də, aparat Günəşdən də bir işıq günü uzaqlaşmış olacaq və yoluna davam edəcək. NASA bildirir ki, "Voyager-1" hal-hazırda insan tərəfindən yaradılmış obyektlər arasında ən uzaq məsafəyə çatan və heliosferin hüdudlarından çıxaraq ulduzlararası məkana daxil olan ilk zondur.

Enerji tükənənədək səyahət davam edəcək

Artıq təxminən 50 ildir səyahətdə olan "Voyager-1", enerjisi tamamilə tükənənə qədər hərəkət etməyə davam edəcək. Bu isə bəşəriyyətin kosmik tədqiqatlar sahəsində nail olduğu ən uzaq və uzunmüddətli missiyalardan biri sayılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->