Dünya 21:14 12.08.2023

Taliban zina edən qadınları və homoseksualları şallaq cəzasına məhkum etdi

Taliban Əfqanıstanın şimal-qərbindəki Faryab əyalətində zina və homoseksuallıqda ittiham olunan sakinləri ictimai yerdə şallaqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəməsindən bildirilib.

"Zinada günahkar bilinənlər 29 şallaq, homoseksuallıqda təqsirli bilinən kişilər isə hər biri 30 şallaq zərbəsi ilə cəzalandırılıb", deyə məhkəmənin açıqlamasında qeyd edilir.

İslam hüququnda (şəriət) hədd kateqoriyasına aid cinayətlər (zina, oğurluq, spirtli içki qəbul etmək) üçün müxtəlif cəza növləri, o cümlədən əzaların kəsilməsi, şallaq və daşqalaq cəzası nəzərdə tutulur. Ötən il noyabrın ortalarında Taliban lideri Heybətullah Axundzadə hakimlərə şəriətin bütün aspektlərinə riayət etməyi əmr edib.

Aydın