Dünya 17:00 27.08.2023

Talibandan əfqan qadınlara daha bir qadağa

Əfqanıstanda Taliban qadınlara Bandi Amir Milli Parkını ziyarət etməyi qadağan edib. 

Qaynarinfo xəbər verir ki, hakimiyyət qadınların  hicab taxmaq qaydalarını pozduqlarını iddia edir.

"Bizim arvadlarımız və bacılarımız onlar üçün qaydalar qoyana qədər Bandi Əmiri ziyarət edə bilməyəcəklər. Təhlükəsizlik qüvvələri, ağsaqqallar və köməkçi polislər hərəkətə keçməlidir. Turizm həyati zərurət deyil”, deyə Fəzilətin Təbliği və Pisliklərin Qarşısının Alınması üzrə nazir Məhəmməd Xalid Hənəfi bildirib. 

Bandi Amir Əfqanıstanın ilk milli parkıdır. Əfqanıstanın mərkəzində Hindukuş dağlarında yerləşir. Parkda ölkənin ən məşhur attraksionlarından biri yerləşir. 

Aydın