Dünya 23:08 25.07.2022

Tokayev Səudiyyə kralını Qazaxıstanın ali dövlət ordeni ilə təltif etdi

Qazaxıstan prezidenti Qasım-Comart Tokayev Səudiyyə Ərəbistanına səfəri zamanı bu ölkənin kralını ölkənin ən yüksək dövlət mükafatı ilə təltif edib.

Qaynarinfo bu barədə "Əş-Şərqol-Əvsət” (Aawsat) agentliyinə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı kralının rəsmi dəvəti ilə Ciddəyə səfər edən Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev ikitərəfli münasibətlərin dərin köklərə malik olduğunu qeyd edərək Qazaxıstanın ən yüksək dövlət mükafatı olan "Altın Qiran” və ya "Qızıl Qartal” medalını iki ölkənin dərin münasibətləri naminə Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səuda təqdim edib.

"Əş-Şərqol-Əvsət”ın verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Ciddədəki iqamətgahında Qazaxıstan prezidenti ilə görüşdə Səudiyyə Ərəbistanı kralı adından bu nişanı alıb.

Həmçinin bu səfərdə Qazaxıstan prezidentinin Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri, o cümlədən bu ölkənin vəliəhdi, şahzadə Ben Salman ilə görüşləri keçirilib.

M.Arif