Sənət 19:20 06.04.2023

Tokioda türk irsinə dair fotosərgi açıldı - 100 il, 100 kəşf (FOTO)

Yaponiyanın paytaxtı Tokioda Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə "100 Discoveries” ("100 kəşf”) mövzusunda fotosərgi açılıb.

Qaynarinfo bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir

Türkiyənin Tokiodakı səfiri Qorqud Güngen, Şibuya bələdiyyəsinin rəhbəri Hasebe Ken, rəsmi şəxslər, jurnalistlər və qonaqlar Şibuya Rayon Bələdiyyəsinin Ovada Mədəniyyət Mərkəzində keçirilən sərginin açılışında iştirak ediblər.

Güngen foto sərginin təşkilində göstərdiyi dəstəyə görə Şibuya Bələdiyyəsinə təşəkkürünü bildirib.

Səfir Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə açılan sərginin Türkiyə-Yaponiya dostluğunun inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, il ərzində belə bir sərgi müxtəlif vaxtlarda Yaponiyanın beş şəhərində təşkil olunacaq.

Güngen qonaqlara sərgidə nümayiş etdirilən, Türkiyənin tarixi, dini, turizm və mədəni irsini əks etdirən fotoşəkillər barədə məlumat verib.

"Bilmədiyiniz füsunkar Türkiyə” mövzusunda sərgi aprelin 11-dək tamaşaçılara açıq olacaq.

Alpər