Xəbər lenti

Dünya 09:49 14.01.2026

"Traktor"un keçmiş futbolçusu və xanımı etirazlar zamanı öldürüldü (FOTO)

İranda davam edən etiraz aksiyaları zamanı daha bir faciəvi hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, Təbrizin "Traktor” futbol klubunun keçmiş oyunçusu Müctəba Tərşiz və həyat yoldaşı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Məlumata görə, Mazandaran əyalətinin Qaemşəhr şəhərindən olan keçmiş futbolçu yanvarın 8-də şəhərdə keçirilən nümayişlər zamanı xanımı ilə birlikdə güllələnib.

Müctəba Tərşiz müxtəlif illərdə İranın bir sıra tanınmış futbol klublarında çıxış edib. O, "Nəssaci Mazandaran”, "Traktor”, "Fəcr Sepasi” və "Mis Kerman” komandalarının üzvü olub.

Bildirilib ki, öldürülən cütlüyün iki övladı var.

Aydın
 



--> -->