Xəbər lenti

Bəhlul Mustafazadə əməliyyat olundu
phrase_var_qaynar. 16:43 01.03.2026

Bəhlul Mustafazadə əməliyyat olundu

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.

Qaynarinfo Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.

B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->