ABŞ prezidenti Donald Tramp Rusiya tərəfindən başladılan müharibənin diplomatik yolla nizamlanmasının mümkün olmaması fonunda Kremlin rəhbəri Vladimir Putinlə bağlı məyusluğunu ifadə edib.
Qaynarinfo xəbər verir ki, Tramp bu fikirləri jurnalistlərə Endryus hərbi hava bazasında çıxışı zamanı
bildirib.
"Prezident Putin məni çox məyus etdi. Düşünürdüm ki, o, sözünün ağasıdır, amma hər kəsi bombalayır”, deyə Tramp bildirib.
Jurnalistin "Rusiyaya qarşı sanksiyalar elan etməyi planlaşdırırsınızmı?” sualına Tramp belə cavab verib:
"Baxarıq, sabah nə olacaq” (Tramp bu açıqlamanı bazar günü verib – red.).
Tramp həmçinin Ukraynaya müxtəlif növ silahlar, o cümlədən "Patriot” sistemləri göndərmək niyyətində olduğunu bir daha təsdiqləyib və bildirib ki, bu silahların dəyəri tam ödəniləcək.
Yeri gəlmişkən, Tramp yaxın günlərdə nadir hallarda səsləndirdiyi bir fikri də bölüşərək, Rusiya rəhbərinin sülhə can atdığına artıq şübhə etdiyini deyib. Onun sözlərinə görə, Putin "çox boş-boş danışır”.
Alpər
Şərhlər