Xəbər lenti

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 % rüsum tətbiq etdi
Dünya 08:59 13.01.2026

Tramp İranla əməkdaşlıq edən ölkələrə 25 % rüsum tətbiq etdi

ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.

"Report"un məlumatına görə, o, bununla bağlı "Truth Social"da paylaşım edib.

"İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə istənilən növ sövdələşmələr üçün 25 % rüsum ödəyəcək", - paylaşımda bildirilir.

Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb.
--> -->