Dünya 16:20 25.07.2022

Türk hərbçiləri iki yüksək səviyyəli rəhbər olmaqla 15 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri terrorçuları aşkar etdikləri yerlərdə zərərsizləşdirməyə davam edir.

Qaynarinfo bu barədə Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin "Twitter" hesabında verilən açıqlamada deyilir:

''Qəhrəman komandolarımız Sülh bulağı, Zeytun Budağı və Fərat Qalxanı bölgələrində növbəti uğurlu əməliyyat həyata keçirib. Sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma cəhd edən 2-si yüksək səviyyəli rəhbər olmaqla, 15 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

M.Arif