Xəbər lenti

Türkiyə ordusundan PKK-ya ağır zərbə (VİDEO)
Video 13:17 22.05.2022

Türkiyə ordusundan PKK-ya ağır zərbə (VİDEO)

Türkiyənin Suriyadakı hərbi bölmələri bu ölkənin şimalında PKK/YPG terrorçularına zərbələr endirib.

Qaynarinfo Türkiyənin Müdafiə Nazirliyinin "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Suriyanın şimalında həyata keçirilən antiterror əməliyyatı zamanı 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Suriyada düşərgə salan PKK terror təşkilatı mayın 12-də Türkiyənin Karakamış rayonunu minaatanlarla hədəfə almış, bir türk əsgərini şəhid etmiş, daha 4 nəfər, o cümlədən 3 dinc sakin yaralanmışdı.

Eyni zamanda, Fransa Agentliyi Türkiyənin iki pilotsuz təyyarəsinin İraqın şimalında PKK düşərgələrinə zərbələr endirdiyni və ən azı beş terrorçunun məhv edildiyini yazıb.

M.Arif

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->