Dünya 08:56 13.01.2024

Türkiyə ordusunun 9 əsgəri İraqda şəhid oldu

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi "Pence-Kilit” əməliyyatı bölgəsində 9 əsgərin şəhid olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.