Dünya 21:50 13.02.2023

Türkiyədə uçan binalara görə daha 2 podratçı saxlanıldı

Türkiyədə zəlzələ nəticəsində dağılan binaların podratçılarının həbsi davam edir.

APA-nın xəbərinə görə, Adıyamanda uçan çox sayda binanı tikən 2 nəfər – Yavuz Karakuş və Sevilay Karakuş İstanbulda saxlanılıb.