Milli Məclisin növbəti plenar iclası başlayıb.
	
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov da bu gün keçirilən iclasa qatılıb.
	
 
Maraqlıdır ki, ötən gün saytımızda deputatın harada olmağı ilə bağlı yazıdan sonra o, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib. 
	
Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir. 
	
Qeyd edək ki, ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.
	
             
            
Şərhlər