İdman 14:23 16.08.2022

"Viktoriya" Bakıya gələcək futbolçuların adlarını açıqladı

Çexiya təmsilçisi "Viktoriya" (Plzen) "Qarabağ"la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya gələcək futbolçuların adlarını açıqlayıb.

Qaynarinfo Plzen klubunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 oyunçu yer alıb.

Qapıçılar: Marian Tvrdon (Slovakiya), Martin Yedliçka, Yindrjix Stanek;
Müdafiəçilər: Lukaş Heyda, Məhəmməd Tijani (Benin), Ludek Pernitsa, Vatslav Yemelka, Milan Havel, Filip Çihak, Libor Holik;
Yarımmüdafiəçilər: Vatslav Pilarj, Yan Sikora, Yan Kopits, Con Moskera (Kolumbiya), Pavel Buxa, Kadu (Braziliya), Lukaş Kalvax, Aleş Çermak, Erik Yirka (Slovakiya), Modu NDiay (Seneqal);
Hücumçular: Yan Kliment, Tomaş Xori, Rene Dediç (Slovakiya).

İyulun 17-də keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.
 
Səbuhi Həsənov