Xəbər lenti

Dünya 23:55 09.01.2024

Vuçiç Aİ, Rusiya və Çinlə balanslaşdırılmış siyasət aparacaq

Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkənin gələcək tərəqqisi üçün həyatın bütün sahələrində mühüm dəyişikliklər edilməlidir və əsas məqam Avropa İttifaqı, Rusiya və Çinlə balanslaşdırılmış münasibətlərin qurulması olacaq. 

Qaynarinfo bu barədə "Euroactiv"ə istinadən xəbər verir.

O, 2027-ci ildə Belqradda "Expo 2027" beynəlxalq sərgisinin keçirilməsinə münasibət bildirərkən müvafiq bəyanatla çıxış edib.

"Expo 2027" gələcək nəsillər üçün məqsədlərimizi müəyyənləşdirməyi asanlaşdırmalıdır. Biz öz nöqteyi-nəzərimizi tapmalıyıq ki, Avropa gələcəyimizə və ya Çin və Rusiya ilə dostluğumuza xələl gətirməsin, eyni zamanda millətimizi inkişaf etdirək", deyə Vuçiç bildirib.

O, Serbiyanın neft və qaz kəmərləri çəkməli olduğunu qeyd edərək, Belqradın hamının razılaşa biləcəyi yeni məqsəd tapmasının vacibliyini vurğulayıb.

"Expo" sənayeləşmənin rəmzi və texniki və texnoloji nailiyyətlərin nümayişi üçün açıq platforma olan beynəlxalq sərgidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->