Xəbər lenti

Günəş sisteminin xaricində bir planet heyrətamiz sürətlə genişlənir
Dünya 22:22 04.10.2025

Günəş sisteminin xaricində bir planet heyrətamiz sürətlə genişlənir

Alimlər Günəş sistemindən kənarda yerləşən sərbəst hərəkət edən planetin misilsiz "böyümə sıçrayışı" keçirdiyini müəyyən ediblər. Onların sözlərinə görə, bu planet hazırda ətraf mühitdən saniyədə təxminən altı milyard ton qaz və toz udur ki, bu da indiyə qədər qeydə alınmış ən sürətli böyümə tempidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Astrophysical Journal Letters" jurnalında dərc olunan məqalədə deyilir.

Araşdırmanın aparıcı müəllifi Viktor Almendros-Abad bildirib: "İnsanlar planetləri sakit və sabit aləmlər kimi təsəvvür edə bilər, amma bu kəşf göstərir ki, kosmosda sərbəst üzən planet kütləli obyektlər olduqca maraqlı yerlər ola bilər".

Söhbət rəsmi adı Cha 1107-7626 olan obyektdən gedir. Onun kütləsi Yupiterin kütləsindən 5–10 dəfə böyükdür və o, Xameleon bürcündə Yer kürəsindən təxminən 630 işıq ili uzaqlıqda yerləşir.

Müşahidələr göstərib ki, bu planetin akresiya sürəti – yəni ətrafdakı maddələri özünə cəlb etmə prosesi – sabit deyil. 2025-ci ilin avqustuna qədər o, əvvəlki aylara nisbətən təxminən 8 dəfə sürətlə böyüyüb. Almendros-Abad qeyd edib: "Bu, planet kütləsinə malik obyekt üçün indiyədək müşahidə edilən ən güclü akresiya epizodudur".

Bununla belə, elm adamları hesab edirlər ki, kəşf edilən faktlar hələ də kosmosun böyük sirrlərinə cavab vermir. Araşdırmanın həmmüəllifi Aleks Şolts vurğulayıb: "Sərbəst planetlərin mənşəyi hələ də açıq qalır: onlar ən az kütləli ulduzlar kimi yaranıbmı, yoxsa öz doğum sistemlərindən qovulmuş nəhəng planetlərdirmi?"

Digər həmmüəllif Belinda Damian isə əlavə edib: "Bu kəşf ulduzlarla planetlər arasındakı sərhədi silir və bizə sərbəst planetlərin yaranma prosesinin ən erkən mərhələlərinə nəzər salmaq imkanı verir".

Tədqiqatçılardan Amelia Bayo isə belə deyib: "Planet kütləsinə malik obyektin ulduz kimi davranması ideyası heyrətamizdir və bizi kainatdakı ilkin dünyaların necə formalaşa biləcəyi barədə düşünməyə vadar edir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->