Sağlamlıq 22:54 27.04.2022

Vüqar Qurbanovdan koronavirus xəstəxanaları barədə açıqlama

"Koronavirusa yoluxma sayının aşağı olması xəstəxanaların əvvəlki fəaliyyətlərini bərpa etməsinə səbəb olub”.

Qaynarinfo xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Son bəyanatlarımızdan da göründüyü kimi, artıq COVID-19 üzrə tibbi xidmət verən müəssisələrimizin sayı azaldılıb. Bakı şəhərində iki müəssisə üzrə tibbi xidmət əhaliyə təqdim olunur. Bu da aktiv xəstə sayının azalması ilə bağlıdır. Hazırda mütəmadi nəzarətdə olan xəstə sayı kifayət qədər azdır”, - deyə sədr bildirib.