Xəbər lenti

Ekonomiks 15:58 15.01.2024

"Xalq Bank"ın nağd vəsaitləri 20 milyon manatdan çox azalıb

Ötən il "Xalq Bank"ın xalis mənfəəti 2022-ci illə müqayisədə 91% və ya 24.8 milyon manat  artaraq 52 milyon 70 min manat təşkil edib. 2022-ci ildə bank 27 milyon 215 min manat xalis mənfəət əldə etmişdi.  

Valyuta.az xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 40.1% artaraq 161 milyon 633 min manat, faiz xərcləri isə 50.9% artaraq 34 milyon 127 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 30 milyon 258 min manat ( illik müqayisədə 25.2% çox ), qeyri-faiz xərcləri isə 80 milyon 227 min manata ( illik müqayisədə 25.1% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 77 milyon 536 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 46.9% çoxdur.

Ötən il bankın aktivləri 14.8% və ya 397.4 milyon manat artaraq 3 milyard 82.5 milyon manat təşkil edib. Bu dövrdə "Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 5% artaraq 1 milyard 826.9 milyon manata çatıb. 

Hesabat dövründə bankın nağd vəsaitləri 26% və ya 20.5 milyon manat azalaraq 58.3 milyon manat təşkil edib.

Bu dövrdə "Xalq Bank”ın cəmi öhdəlikləri 2 milyard 578.2 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 16.7% və ya 368.4 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 19.7% və ya 365.7 milyon manat artaraq 2 milyard  220.9 milyon manata yüksəlib. 

2024-cü il yanvar ayının 1-nə "Xalq Bank”ınn cəmi kapitalı ilin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.1% və ya 29 milyon manat artaraq 504 milyon 274 min manat təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->