Müsavat başqanı Arif Hacılının səhhəti normallaşır. 
 
Bu barədə Qaynarinfo-ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıq ürək əməliyyatı keçirən Arif Hacılının səhhətindən danışarkən deyib. O, Arif Hacılının reanimasiyadan palataya köçürüldüyünü vurğulayıb: 
	
 
"Arif bəyin vəziyyəti günü-gündən yaxşılaşır. Ayaq üstə durur, gəzir. Hazırda  əməliyyatdan sonrakı prosedurlar icra olunur”. 
	
Qeyd edək ki, iyunun 3-də Müsavat başqanı Arif Hacılı açıq ürək əməliyyatı olunub. 
	
Bahar Rüstəmli
             
            
Şərhlər