Xəbər lenti

XİN başçısı:
Dünya 23:34 19.10.2023

XİN başçısı: "Ukrayna əvvəllər Estoniyanı təhdid edən Rusiya qoşunlarını məhv edib"

Ukrayna əvvəllər Estoniyanı təhdid edən Rusiya qoşunlarını məhv edib.

Qaynarinfo "Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

Onun sözlərinə görə, 2016-2017-ci illərdə müdafiə naziri olanda Estoniya sərhədin Rusiya tərəfində daim 120 min əsgər görürdü: "Onlar 24 saat ərzində hərəkətə keçməyə hazır idilər, yeganə sual Vladimir Putinin belə bir əmr verib-verməməsi idi".

Tsahkna əlavə edib ki, Estoniya bunu bilirdi, hazır idi və qorxmurdu, lakin indi bu qoşunları Ukrayna Silahlı Qüvvələri məhv ediblər.

"Onlar Ukraynaya göndərilib və onların əksəriyyəti sadəcə olaraq artıq yoxdur, ölüblər. Bizim əvəzimizə ukraynalılar onlardan qurtulub. Və bu, bizim dəqiq başa düşməyimizin kiçik bir nümunəsidir: regionumuzda Rusiya ilə NATO üzvləri arasında təcavüz və ya hərbi münaqişə əvəzinə, Rusiyanın aqressivliyindən qurtulmağın ən təsirli və hətta, amansızcasına desəm, ən ucuz yolu Ukraynaya dəstəyimizdir. Çünki Ukrayna məhz bununla müharibə aparır”, deyə estoniyalı nazir vurulayıb. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->