Rusiyada Yaponiya konsulu Motoka Tatsunorinin "casusluq" iddiası ilə saxlanıldığını elan ediblər. Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz edilib, konsulun özü isə persona non-qrata elan edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna RİA Novosti-yə istinadən məlumat
yayıb
"Konsul Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının cari aspektləri, Qərbin sanksiyalar siyasətinin Primorsk diyarının iqtisadi vəziyyətinə təsiri barədə pul müqabilində istifadəsinə məhdudiyyət qoyulmuş məlumat alarkən cinayət başında yaxalanıb”, – nəşr yazır.
RBC-nin məlumatına görə, yapon konsul FSB tərəfindən Vladivostok şəhərində saxlanılıb.
Nizami Bağırov
Şərhlər