Xəbər lenti

Yaponiyada 6,2 bal gücündə zəlzələ oldu
Dünya 09:08 06.01.2026

Yaponiyada 6,2 bal gücündə zəlzələ oldu

Yaponiyanın qərbində 6,2 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri Yaponiyanın qərbindəki Şimane prefekturasında, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami xəbərdarlığı edilib, lakin yeraltı təkanlardan bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
--> -->