Xəbər lenti

İranda son durum: Şəhərlər bir-bir ayağa qalxır (VİDEO)
Video 16:55 07.01.2026

İranda son durum: Şəhərlər bir-bir ayağa qalxır (VİDEO)

İranda etiraz aksiyaları 11-ci günə qədəm qoyub və aksiyalar ölkənin müxtəlif bölgələrinə yayılır. 

Qaynarinfo xəbər verir ki, bu gün yenidən Tehran, Şiraz, Bocnurd və digər şəhərlərdə insanlar küçələrə çıxaraq narazılıqlarını ifadə ediblər.

Məlumata görə, Şiraz şəhər sakinləri əsas yolları bağlayıblar. Yerli mənbələr bildirir ki, hazırda Şirazın küçələrində gərginlik hökm sürür, hərəkət iflic vəziyyətinə düşüb.

Şahidlərin sözlərinə görə, digər şəhərlərdə də gərgin durum yaranıb, təhlükəsizlik qüvvələrinin şəhərlərə cəlb edildiyi bildirilir. 

Qeyd edək ki, son günlər İranın bir sıra böyük şəhərlərində sosial və siyasi narazılıqlar fonunda etiraz aksiyaları intensivləşib və vəziyyət hələ də qeyri-sabit olaraq qalır.

--> -->