Alimlərin son araşdırması Yer kürəsinin fırlanma oxunun son 20 ilə yaxın müddətdə 80 santimetr dəyişdiyini üzə çıxarıb. Ən narahatedici məqam isə bu dəyişmənin əsas səbəbinin insan fəaliyyəti - xüsusilə yeraltı suların kütləvi şəkildə çıxarılması olmasıdır.
Qaynarinfo xəbər xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.
Cənubi Koreyanın Seul Milli Universitetindən professor Ki-Veon Sonun rəhbərlik etdiyi tədqiqat 1993-2010-cu illəri əhatə edir. Araşdırma sübut edir ki, insan fəaliyyəti - ilk növbədə irriqasiya və su istehlakı - Yer kürəsində kütlənin paylanmasına birbaşa təsir edir.
Fırlanma oxunun dəyişməsi: Suyun yerdəyişməsi ilə bağlıdır
Professor Sonun sözlərinə görə, Yer kürəsinin fırlanma oxundakı qütb nöqtələrinin mövqeyi daim dəyişir, lakin son tədqiqat göstərir ki, bu dəyişməyə ən böyük təsiri yeraltı suların yerdəyişməsi göstərir. Bu proses, tədqiqatçının izahına görə, fırlanan bir oyuncağa (cəhrə) əlavə yük əlavə edilməsinə bənzəyir – bu zaman onun fırlanma oxu da dəyişir. Yeraltından çıxarılan suyun miqdarı da oxşar effekt yaradır.
Qlobal okean səviyyəsinin artmasında əlavə amil
Tədqiqatın ən narahatedici nəticələrindən biri də yeraltı suların çıxarılması ilə Dünya okeanının səviyyəsinin yüksəlməsi arasındakı əlaqədir. Alimlərin hesablamalarına əsasən, qeyd olunan dövr ərzində 2 150 qiqaton (yəni 2,15 trilyon ton) yeraltı su okeanlara tökülərək oradakı suyun həcmini artırıb və bu da oxun 80 santimetrlik dəyişməsinə səbəb olub.
Professor Son bildirib: "Qütblərin dəyişmə səbəbinin müəyyən edilməsi məni sevindirdi. Lakin yer kürəsinin bir sakini və bir ata olaraq narahatam ki, yeraltı suların çıxarılması, okean səviyyəsinin artmasına təsir göstərən əlavə bir mənbədir".
Regional töhfələr və qlobal nəticələr
Tədqiqatda qeyd olunur ki, bu dəyişməyə ən çox təsir göstərən bölgələr Şimali Amerikanın qərbi və Hindistanın şimal-qərb hissəsidir. Əvvəllər yeraltı su istifadəsi əsasən yerli miqyasda bir məsələ kimi qiymətləndirilirdi, lakin bu araşdırma sübut edir ki, belə proseslər qlobal nəticələrə səbəb ola bilər.
Alimlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, uzunmüddətli perspektivdə sahilyanı ərazilərdə daşqın riskləri daha da arta bilər.
Aydın
Şərhlər